Moskva "Türk axını"nı sürətləndirir: Sanksiya qorxusu

ABŞ-ın sanksiyaları gücləndirməsi səbəbindən “Qazprom” "Türk axını" boru layihəsinin tikintisini sürətləndirib.
 
Bu barədə “Röyter” məlumat yayıb.
İddia edilir ki, Trampın sanksiya fərmanını imzalamasından sonra Moskva Qərb partnyorlarının nəhəng neft-qaz layihələrindən kənarlaşacağından ehtiyat edir.
Qazpromun adı açıqlanamayan nümayəndəsinin sözlərinə görə isə, sanksiyaların təsirsiz ötüşməsi üçün "Türk axını"nın layihəsinin əlavə qolu inşa edilir:
“Risklər böyümədən inşaat işlərinin sona çatması mütləqdir”./axar.az