​Moskva merinin varidatı açıqlandı

Baxış sayı:
3676

Rusiya paytaxtı Moskvanın meri Sergey Sobyaninin varidatı açıqlanıb.
Muxalifet.az-ın məlumatına görə, açıqlama Moskva meriyasının rəsmi saytında yerləşdirilib.
Açıqlamaya görə, 2017-ci ildə Sergey Sobyaninin 6,53 milyon rubl (1 rubl – 0,0276 manat) gəliri olub. 2016-cı ildə onun gəliri 6,5 milyon rubl idi.
Sergey Sobyaninin şəxsi əmlak siyahısında dəyişiklik yoxdur. Verilən rəsmi məlumata görə, Moskva merinin 308,1 kvadratmetrlik mənzili və 26,8 kvadratmetrlik qarajı var.
60 yaşlı Sergey Sobyanin 2010-cu ildən Moskva meridir.