Moskva-Lənkəran aviareysi hər gün olacaq

Rusiyanın "Ural Hava Yolları" şirkəti Azərbaycana reyslərin icrası üçün icazə alıb.
 
Aviaşirkət həftədə 7 dəfə Moskva-Lənkəran mütəmadi sərnişin reyslərini yerinə yetirəcək.
Bundan başqa, "İrAero" aviaşirkəti Krasnoyarsk-Bakı marşrutu üzrə uçuşların sayının həftədə 2 dəfədən 7 dəfəyədək artırılması ilə bağlı icazə əldə edib.