​Moskva kürdləri Ankaradan müdafiə etdi: “ONLAR TÜRKİYƏ VƏTƏNDAŞI DEYİL”

Rəsmi Ankara Demokratik Birlik Partiyasının (PYD) Suriya Milli Dialoq Konqresinə qatılmasına etiraz edib.
Publika.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov bu etiraza qarşı “onlar Suriya vətəndaşıdır, Türkiyənin deyil” ifadəsini işlədib.
Boqdanov məsələ barədə jurnalistlərə açıqlama verərkən deyib:
“Türk müttəfiqlərimizlə hər zaman əlaqə saxlayırıq. Ancaq biz Demokratik Birlik Partiyasının bütün tərəflərinin və Suriyadakı digər kürd qurumlarının suriyalı olması düşüncəsi ilə hərəkət edirik. Bu kürdlər də Suriya vətəndaşıdır, Türkiyənin deyil. Bu səbəbdən ayrı-seçkilik edilməsi lazım olduğunu düşünmürəm. Konqresdə ölkədəki kürdlər, ərəblər və fərqli məzhəblərin təmsilçiləri də daxil olmaqla, bütün etnik qruplar yer almasının tərfdarıyıq”.