Moskva Krım mübahisəsinə SON QOYACAQ - TƏKLİF

Krım yarımadasının Ukraynanın tərkibinə verilməsi haqqında 1954-cü il sovet aktlarının ləğvi Kiyevin iddialarına son qoya bilər.
Muxalifet.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin deyib.
“Sovet İttifaqının varisi olan ölkənin qanunverici hakimiyyəti olaraq Dövlət Duması və Federasiya Şurasında 1954-cü ili aktların ləğvi haqqında qərar qəbul etməyə məcburuq. Çünki biz eşitməkdən yorulduq ki, 2014-cü ildə kiminsə torpağını ələ keçirdik”, - rusiyalı deputat bildirib.
Xatırladaq ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşovun təşəbbüsü ilə 1954-cü ildə Krım Ukrayna SSR-nin (19 fevral 1954-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə) tərkibinə verilib.
2014-cü ilin Maydan hadisələrinin gedişatında isə yarımada Rusiya tərəfindən ilhaq edilib. Moskva Krımın referendumun nəticəsi olaraq Rusiyaya birləşdirildiyini bildirir.