​Moskva İrəvanda vəziyyəti dəyişdirməyə çalışa bilər - Brayza

Baxış sayı:
7678

Ermənistanda keçiriləcək növbədənkənar seçkilərdə, çox güman ki, Nikol Paşinyan qalib gələcək və bu, İrəvanın kursunda köklü dəyişikliyə səbəb olacaq. Moskva isə buna qarşı çıxır.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq müavini Metyu Brayza deyib.
M.Brayza oktyabrın 16-da Ermənistanın Baş naziri vəzifəsindən istefa verən N.Paşinyanın hərəkətlərini "siyasi uzaqgörənlik" adlandırıb.
Onun sözlərinə görə, Moskva hələ də Ermənistanın iqtisadiyyatını idarə edir və bununla siyasi elitaya təsir göstərir.
Ekspert Rusiyanın iqtisadi təsir alətlərindən istifadə edərək Ermənistanın siyasi dairələrində əhval-ruhiyyəni dəyişdirməyə çalışa biləcəyini istisna etməyib: "Amma ümid edirəm ki, Paşinyan, eləcə də Prezident Armen Sərkisyan və digər siyasətçilər müstəqil olmağa çalışacaqlar".
Onun fikrincə, N.Paşinyanın Ermənistanda demokratik dəyişikliklərə nail olmaq istəyi Qərb tərəfindən dəstəklənir.
M.Brayza ermənilərin əksəriyyətinin Rusiyanı xarici təhdidlərə qarşı müdafiəçi kimi gördüyünü bildirib.
O qeyd edib ki, Rusiya gələcəkdə də Ermənistan siyasətində mərkəzi amil olaraq qalacaq.