Moskva-Bakı qatarında QƏZA

Moskva-Bakı qatarı qəza törədib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 30-da saat 2 radələrində Siyəzən rayonu Gilgilçay dəmiryolu stansiyası ərazisində Moskva-Bakı sərnişin qatarı Biləcəri lokomotiv deposunda çilingər işləyən Samir Eyvazov vurub.
 Xəstəxanaya yerləşdirilən S. Eyvazov orada ölüb.