​Moskva aeroportunda azərbaycanlı saxlanıldı - Səbəb

Baxış sayı:
4846

Moskvanın Domodedovo aeroportunda sərnişinlərdən biri Rusiya DİN-nin növbətçi hissəsinə içində mobil telefon və 22 min rubl məbləğində pulun olduğu çantasının naməlum şəxs tərəfindən oğurlanması ilə bağlı müraciət edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya DİN Nəqliyyat idarəsinin rəsmi saytında məlumat yayılıb.
"Müşahidə kameralarına düşmüş görüntülərin araşdırılmasından sonra aparılan axtarış tədbirləri nəticəsində polis əməkdaşları sözü gedən cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək, saxlayıb. Onun vətəninə uçan 45 yaşlı Azərbaycan Respublikası vətəndaşı olduğu məlum olub. Oğurlanmış qiymətli əşya və pullar sahibinə qaytarılıb” deyə idarənin məlumatında deyilir.
Fakt üzrə RF CM-nin 158-ci maddəsinin 2-ci hissəsi (qarət) üzrə cinayət işi açılıb.Şübhəli şəxs saxlanılıb.Cinayətlə bağlı araşdırma davam edir.