Moskva aeroportlarında gərginlik: 20-dən çox reys gecikib
2-01-2019 14:31
Baxış sayı:
4801
Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında 20-dən çox reys gecikib, 9 uçuş ləğv olunub.
Əlverişsiz hava şəraiti səbəbindən Vnukovoda 2, Domodedovoda 10 reys gecikib, 9-u ləğv olunub, Şeremetyevoda isə 9 reys gecikmə ilə həyata keçiriləcək.
Jukovski aeroportunda bütün reyslər cədvəl üzrə icra olunur.
Trend xatırladır ki, sinoptiklər 2019-cu ilin ilk həftəsi ərzində Moskvada qarlı hava şəraitinin davam edəcəyini bildirirlər.