Monqolustan prezidenti də dəhşətli virusa yoluxub? - KARANTİNDƏ SAXLANILIR...

Baxış sayı:
3262

Monqolustanın prezidenti Xaltmaaqiyn Battulqa Çinə cümə axşamı günü baş tutan birgünlük səfəri başa çatdıqdan sonra 14 günlük karanatində saxlanılır.

Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqlardan sonra Xaltmaaqiyn Battulqa koronavirus epidemiyasından əziyyət çəkən ölkəyə yardım məqsədilə Monqolustanın Çinə 30 min baş qoyun bağışladığını bildirib.

Monqolustan prezidenti ölkəsinə qayıdandan sonra o və onu müşayiət eləmiş heyət üzvləri karantində saxlanılırlar./Hurriyyet.org