Monica Lewinsky, Hillari Klintondan üzr istəyəcək

Baxış sayı:
7156

Ağ Evdə təcrübə keçərkən dövrün ABŞ prezidenti Bill Klintonla əlaqəsi olduğu ortaya çıxan Monica Lewinsky, üz-üzə gəldiyi təqdirdə keçmiş birinci xanım Hillari Klintondan üzr istəyəcəyini söyləyib.
 
Qeyd edək ki, Bill Klinton,  bu qadınla əlaqəsini əvvəlcə inkar etmiş, sonra o vaxt 22 yaşında olan Lewinsky ilə "əlverişsiz fiziki əlaqəyə" girdiyini etiraf etmək məcburiyyətində qalmışdı.
Ağ Evdə 1995-96-ci illərdə bir təcrübə aparan Lewinsky, qalmaqalla bağlı A&e kanalında bu bazar başlayacaq sənədli filmin yayımlanmasından öncə Vanity Fair jurnalı üçün qələmə aldığı yazısında "Qalmaqaldan sonra 3 mart 1999-da Barbara Walters-ə verdiyim müsahibədəki sözlərim Chelsea (Klintonun qızı) və xanım Klintona birbaşa bir üzr açıqlamasıydı. Bu gün Hillari Klinton ilə qarşılaşsam, ona səmimi şəkildə nə qədər məyus olduğumu demək istəyirəm" deyib.
Lewinsky, bu müsahibədə "Chelsea və xanım Klintondan məni bağışlamalarını istəmək mənim üçün xəyaldır. Amma onlardan, olanlar və yaşadıqları üçün nə qədər məyus olduğumu bilmələrini istəyirəm" deyib.
 
“BİLL KLİNTON, ÜZR İSTƏMƏK MƏCBURİYYƏTİNDƏDİR”
 
Monica Lewinsky, məqaləsində sənədli filmdə söhbəti niyə qəbul etdiyini bu sözlərlə açıqlayıb:
“Tarix boyu qadınlar qaralanıb və susdurulub. İndi öz hekayələrimizi öz sözlərimizə anlatma zamanıdır".
Qeyd edək ki, Bill Klinton, iyunda NBC televiziyasındakı bir müsahibə zamanı Lewinskiyə üzr borclu olub olmadığı sualına, "Xeyr" deyə cavab vermişdi.
Lewinsky, yazısında "Mənə üzr borclu olması və ya üzrü məndən diləməsindən daha önəmli bir şey var. Bill Klinton, üzr istəmək məcburiyyətindədir. Onun üçün hiss etdiyim xəyal qırıqlığı, mənə yaşatdığı xəyal qırıqlığından daha böyükdür" deyib.
Müxalifət.az