Monakoda qumar oynamağa gedənlərin sayı kəskin artdı - ÖZBƏKİSTANDAN 1000 FAİZ, AZƏRBAYCANDAN 135 FAİZ...

Baxış sayı:
9124

Monako knyazlığına bəzi keçmiş sovet respublikalarından  bu ilin birinci kvartalında gedənlərin sayı kəskin artıb.
Monakonun Turizm İdarəsinin statistikasına əsasən bu ilin yanvar ayından mart ayına qədər Özbəkistandan knyazlığa gedənlərin sayı rekord səviyyədə-1000 faiz artıb. Azərbaycandan gedənlərin sayında isə 135 faiz artım olub. Monakoya istirahətə və əyləncəyə gedən Gürcüstan vətəndaşlarının sayında da kəskin artım qeydə alınıb-95 faiz.
Monako knyazlığı xarici turistlər arasında kazinolarına və digər qumar əyləncələrinə görə məşhurdur./Virtualaz