Mollalardan İNANILMAZ ADDIM: nəzir pulunu toplayıb LENİNƏ HEYKƏL QOYDULAR - VİDEO

Baxış sayı:
3127

Tacikistanda mollalar məsciddə toplanmış nəzir pullarını Leninin heykəlinin düzəldilməsinə istifadə ediblər.
Belə ki, Şaruz şəhərində Leninin heykəli iki il öncə naməlum şəxslər tərəfindən aşırılıb.
Şəhər bələdiyyəsinin nümayəndəsi Mehriniso Rajabova bildirib ki, heykəlin restavrasiya edilməsi təklifi mollalardan gəlib.
“Mollalar topladıqları pullarla heykəli düzəltdilər, həmçinin, heykəlin qoyulduğu parkı da səliqəyə saldılar”, - deyə bələdiyyə nümayəndəsi bildirib.
Adının açıqlanmadığı mollalardan biri heykəlin restavrasiya edilməsi üçün hər məsciddən 100 dollar topladıqlarını açıqlayıb.
Mollaların müsəlmanların ianələri ilə ateizmi təbliğ edən Leninə heykəl qoyması birmənalı qarşılanmayıb.