Molla Pənah Vaqifin Şuşadakı türbəsini də Fransa xeyriyyəçiləri təmir edib...

Baxış sayı:
19591
Xəbər verdiyimiz kimi, separatçı rejim işğal altındakı Şuşa şəhərimizdəki Yuxarı Gövhərağa məscidini  bərpa(?) etdirərək açılışında  Azərbaycan müsəlmanlarının bu ibadətgahını erməni-İran mədəniyyət mərkəzi kimi təqdim edblər.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, Xankəndidəki separatçı-terrorçu rejimin “mədəniyyət və turizm inkişafı” ilə məşğul olan qanunsuz qurumun rəhbəri Sergey Şahverdiyan jurnalistlərə əlavə məlumatlar verib. Onun sözlərinə görə, Şuşadakı Aşağı Gövhərağa məscidi və Molla Pənah Vaqifin məqbərəsi də təmir və bərpa(?) edilib.  Separatçı məmurun  dediklərindən bəlli olub ki, Azərbaycanın məşhur klassik şairinin xatirəsinə 1982-ci ildə o vaxtkı respublika  rəhbəri Heydər Əliyevin  açılışını etdiyi abidəsi Fransa xeyriyyəçilərinin köməyi ilə təmir olunub.