MOLDOVADA BÖHRAN: Hökumətdən prezidentə yeni qadağa

Dnestryanıya Rusiya qoşunlarının yeridilməsinin 25 illiyi münasibəti ilə planlaşdırılan tədbirə Moldova Prezidenti İqor Dodon qatıla bilməyəcək.
 
Bu barədə informasiyanı qondarma Dnestryanı Xarici İşlər Nazirliyi yayıb.
Dodonun Dnestryanıya gələ bilməməsinin əsas səbəbi bir müddət öncə Moldova hökumətinin Rusiya Baş nazirinin müavini Dmitri Roqozini ölkəyə buraxmaması olub.
Qeyd edək ki, Dnestryanı Moldova ərazisidir. 90-cı illərdə bu ərazi Moskvanın aktiv dəstəyi ilə Kişinyovun nəzarətindən çıxıb.