Moldova Rusiyaya deputat göndərməkdən imtina etdi

Moldova parlamentinin daimi bürosu Moldova-Rusiya parlamentlərarası dostluq qrupunun Moskvadakı iclasına nümayəndə göndərməmək və buna maliyyə ayırmamaqla bağlı qərar qəbul edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Moldova parlamentinin mətbuat xidməti məlumat yayıb.
Moskvaya getmək istəyənlər isə öz cibindənpul xərcləyəcək və deputat mandatından istifadə etməyəcək. Bir neçə deputat öz təşəbbüsü ilə Moskvaya gedəcək, lakin Moldova hökumətini təmsil etməyəcək. Moldova-Rusiya parlamentlərarası dostluq qrupunun iclası 10-13 dekabr tarixlərində Moskvada keçiriləcək. Moldova tərəfdən dostluq qrupunun heyətinə 56 deputat daxildir.