Moldova Rusiyanın “silah bossunu” “persona non-qrata” elan etdi

Moldova hökuməti bu gün keçirilən iclasında Rusiya baş nazirinin müavini Dmitri Roqozinin “persona non-qrata” elan olunması barədə qərar qəbul edib.
 
Xəbəri RİA Novosti yayıb.
"Təklif edirəm ki, Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozini Moldovada “persona non-qrata” elan edək və onun ölkəmizin ərazisinə daxil olmasına qadağa qoyaq”, - deyə respublika Xarici İşlər Nazirliyinin başçısı Andrey Qalbur iclasda bildirib.
Nazirlər Kabineti üzvlərinin əksəriyyəti onu dəstəkləyib.