Moldova Rusiyanın silah “boss”una qadağa qoydu

Moldova rəhbərliyi Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin ölkəyə hərbi təyyarə ilə gəlməsini qadağan edib.
 
Moldova Xarici İşlər naziri Andrey Qalubr artıq bununla bağlı Rusiya səfirliyinə məktub da təqdim edib. Məktubda Rusiya hərbi təyyarəsinin qəbul edilməməsinə səbəb kimi Moldova hava limanlarında bunun üçün şəraitin olmaması göstərilib.
Qeyd edək ki, Roqozin Kişinyovla bərabər, qondarma Dnestryanıya da səfər edəcək./axar.az