Möhsün Yazıçıoğlu sui-qəsdində adı hallanan GENERAL AKŞƏNƏRİN PARTİYASINDA

Maral Akşənərin qurduğu partiyanın qurucu siyahısında Möhsün Yazıcıoğluna sui-qəsd davasında şübhəli olan keçmiş Adana Bölgə Jandarm Komandiri general-mayor Əli Lapanta da var.
 
Yazıcıoğlu sui-qəsdi ilə bağlı istintaqda şübhəli olaraq bilinən keçmiş Adana Bölgə Jandarm Komandiri general-mayor Əli Lapantanın adı Maral Akşənərin bu gün yaratdığı “Yaxşı Partiya”sının qurucu siyahısında yer alır. Partiyanın qurucu siyahısında yer alan Lapanta, “yüzlərlə kvadrat kilometrlik sahədə lazımsız yerə axtarış apardıq” ifadəsinə görə, istintaq tərəfindən dindirilmişdi.
Dövlət Nəzarət Qurumunun qəzayla bağlı hazırladığı hesabatda vertolyot qəzasında hadisə yerində insanlar can çəkişirkən,,general-mayor Əli Lapantanın dincəldiyi ortaya çıxmışdı. Hesabatda yüzlərlə kvadrat kilometr sahənin lazımsız yerə axtarıldığını deyən generalın dediklərinin əksinə olaraq, vertolyot elə həmin ərazilərdə 17 kəndli tərəfindən tapılmışdı.
 Axtarış xilasetmə işlərini planlaşdıran Adana Jandarm Komandanlığı və bəzi hərbi personalın dağıntı zonasının axtarışı məsələsində lazımi diqqəti göstərməməsi hesabatda yer almışdı.
Sonradan həbs olunan onlarla şəxs FETO-çu çıxdı və hələ də bu yöndə həbslər davam edir. İstintaq nəticəsində müəyyən olunmuşdu ki, Yazıçıoğlu sui-qəsdinin sifarişçisi birbaşa Fətullah Gülən olub.
Ona görə də general Əli Lamantanın Akşənərin partiyasında yer alması diqqətlərə dərhal Yazıçıoğlu sui-qəsd hadisəsini gətirdi ki, bu da generalın ictimai rəydə tam bəraəti olmadıqca həm özünə, həm də qoşulduğu partiyaya kölgə salmağa davam edəcək.
Müxalifət.az