Model Ağ evin ictimaiyyətlə əlaqələr üzrə katibi təyin edildi

Houp Hiks Donald Trampın qızı İvanka Trampın modalar evinin mətbuat katibi olub
 
Keçmiş model, 28 yaşlı Houp Hiks Ağ evin ictimaiyyətlə əlaqələr üzrə direktoru vəzifəsinə təyin olunub.
BBC xəbər verir ki, o, bir müddət idi həmin vəzifəni müvəqqəti olaraq icra edirdi.
İnformasiyaya əsasən, H.Hiks ABŞ prezidenti Donald Trampın keçmiş köməkçilərindəndir. O, Trampın bu vəzifəyə təyin etdiyi 4-cü şəxsdir. H.Hiksdən əvvəl Entoni Skaramuççi bu vəzifədə cəmi 10 gün işləyib.
Trampın seçki qərargahının mətbuat katibi vəzifəsindən sonra H.Hiks prezidentin strateji əməkdaşlıq üzrə direktoru işləyib. Bundan başqa Hiks Trampın etibar etdiyi köməkçilərindən sayılır.
Məlumata görə, Hiks keçmişdə model işləyib, Donald Trampın qızı İvanka Trampın modalar evinin mətbuat katibi olub.