Moda dünyasının əfsanəvi dizayneri vəfat etdi

Baxış sayı:
16396

Dünya şöhrətli dizayner, "Chanel" markasının kreativ direktoru Karl Legerfeld vəfat edib.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, son həftələrdə səhhətində ciddi problemlər yaşayan əfsanəvi dizayner 85 yaşında Paris xəstəxanasında dünyasını dəyişib. Ölümün təfərrüatı hələlik bəlli deyil.
Xatırladaq ki, Karl Legerfeld Paris Moda Həftəsində nümayişdən sonra ilk dəfə olaraq podiuma çıxmamışdı. O, bunu səhhətində problemlər olması ilə izah etmişdi.
Karl Lagerfeld 10 sentyabr 1933-cu ildə Hamburqda imkanlı bankir Otto Lagerfeldin ailəsində anadan olub. Onun doğma bacı və ya qardaşı yoxdur. Valideynlərinin axrıncı evliliyindən olan son övladdır. 1952-ci ildə o, Paris şəhərinə gəlib. Parisdə Yüksək moda məktəbi Sindikatda təhsil alıb.1955-ci ildə Karl Beynəlxalq Yun Sekretariatının təşkilatçılığı ilə keçirilən müsabiqədə palto dizaynına görə öz birinci mükafatini alıb. Bundan sonra o, 1958-ci ilə kimi Pyer Balmenin köməkçi kimi çalışıb.
1980-ci illərin başlarında özünə aid parfümeriya və geyim əşyasını çıxardaraq markasını tanıtdırıb. habelə müxtəlif illərdə "Chloé", "Fendi" və "Chanel" kimi büyük moda evləri ilə birlikdə çalışıb. 2004 illərdə markasını "KL" Tommi Hilfigerə satılmıştır.