Mənzildən çürümüş qadın meyiti tapılıb

Bakıda mənzildən çürümüş meyit tapılıb.
 
Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon ərazisindəki evlərdən birində çürümüş qadın meyiti aşkar edilib.
 Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin həmin evin sahibi, 1932-ci təvəllüdlü Lidiya Koruseva olması müəyyən edilib.
 Faktla bağlı araşdırma aparılır.