Mənzildən 45 min manat pul oğurlanıb - BAKIDA

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisindəki evlərdən birindən 45.500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramiz Ağayev və Ziyad Abdullayev tutulublar.