“Mənzil Tikinti Təhcizat” ləğv edildi

 “Mənzil Tikinti Təhcizat” Açıq Səhmdar Cəmiyyəti Əmlak Məsələləri Dövlət Komitəsinin 11.08.2017-ci il, 187 nömrəli sərəncamı ilə ləğv edilib.
 
Vergilər Nazirliyi xəbər verir ki, kreditorlar ləğvetmə komissiyasının yarandığı tarixdən 60 gün ərzində öz tələblərini irəli sürə bilərlər.
Tələblər yazılı, əsaslandırılmış və təsdiqedici sənədləri müraciətə əlavə etməklə təqdim olunmalıdır.
Bildirək ki, ASC 1999-cu ildə qeydiyyata alınmışdı.