​Mənzil sahibi olmaq istəyənlərin diqqətinə!

Yasamal Yaşayış Kompleksində güzəştli mənzil almaq istəyənlər 3 ödəniş üsulundan yararlana bilərlər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Anar Quliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin internet səhifəsinin təqdimat mərasimi ilə bağlı mətbuat konfransında deyib.
Qeyd olunub ki, vətəndaş güzəştli mənzili, ilk növbədə, öz vəsaiti hesabına ala bilər. Digər ödəniş üsulu isə “Azərbaycan İpoteka Fondu” ASC vasitəsilədir. Bu zaman müddəti 30 il və illik 4 faiz olan kreditdən istifadə edilə bilər.
Vətəndaşların eyni zamanda müvəkkil bankların da xidmətlərindən yararlanmaq imkanı var.