Mənzil almaq istəyən əcnəbilərin sayı artır - Video

Baxış sayı:
1858

Ötən il xaricilər tərəfindən Azərbaycanda 2 mindən çox mənzil alınıb. Bu öncəki illərlə müqayisədə çoxdur. Mənzillərə maraq göstərən xaricilər isə daha çox şərq ölkələrin vətəndaşlarıdır.
Ekspertin sözlərinə görə əldə edilən daşınmaz əmlaklar müxtəlif məqsədlər üçün istifadə edilməyə görə satın alınır.Satılan mənzillərin yarıdan çoxu bölgələrin payına düşür.
Ekspertin sözlərinə görə bu il və növbəti illərdə xaricilərin Azərbaycanın əmlak bazarına marağı daha da artacaq. Bu isə turizmin inkişafı və bunun nəticəsində xaricilərin Azərbaycan haqqında daha çox məlumat alması ilə bağlıdır. Eyni zamanda xaricilərin daşınmaz əmlaka olan marağı mənzil qiymətlərinin qismən də olsa bahalaşmasına da gətirib çıxaracaq.
Muxalifet.az "Xəzər Xəbər"-ə istinadən mövzu ilə bağlı videosüjeti təqdim edir: