Məntəqələrdə kemarların üzəri niyə örtülüb? - MSK-dan AÇIQLAMA

Baxış sayı:
1798

Mərkəzi Seçki Komissiyası 8 saylı dairədə bəzi məntəqələrdə kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib.
 
Muxalifet.az bildirir ki, komissiyanın mətbuat katibi Şahin Əsədli "Qafqazinfo"ya bildirib ki, həmin şəkildəki məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyatı yoxdur: “Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı məsələlərdə narazılıqlar olmuşdu. Buna görə də, bütün seçkilərdə təhlükəsizlik kameralarının ağzı bağlanır ki, insanlar tərəfindən narazılıq olmasın. MSK-nın bütün veb-kameraları hazırda aktivdir".