Məntəqədə ölən müşahidəçinin oğlu DANIŞDI - VİDEO

Baxış sayı:
424

Ötən gün sosial şəbəkələrdə 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevin seçki məntəqəsində öldürülməsi ilə bağlı məlumat yayılıb.

Azvision.az xəbər verir ki, dünyasını dəyişən müşahidəçinin övladı, İsrafilov Samir Sübhan oğlu atasının uzun müddət ürək xəstəliyindən əziyyət çəkdiyini deyib.

Onun sözlərinə görə, S.Hacıyevə seçki məntəqəsində hər hansı təzyiq olmayıb, sosial şəbəkələrdə yayılan iddialar tamamilə yalandır: "Sosial şəbəkədə yayılan məlumatlarla əlaqədar müraciət edirəm ki, atam seçki məntəqəsində heç bir təzyiqə məruz qalmayıb. Atam ürək xəstəliyindən əziyyət çəkirdi. İki dəfə əməliyyat olunub, ürəyinə stend qoyulmuşdu. Atam infarkt keçirdiyinə görə dünyasını dəyişib. Xahiş edirəm, bunu siyasi oyunlara çevirməyin".