​“Mənim səsimi montaj edərək belə videolar yayıblar” - Fransada güllələnən Rahim Namazov

Baxış sayı:
6121

Fransada yaşayan və 6 gün əvvəl naməlum şəxs tərəfindən güllələnən azərbaycanlı Rahim Namazov barəsində yayılan xəbərlərdən sonra GoldNews.Az redaksiyası ilə əlaqə saxlayaraq barəsində yayılan xəbərlərə münasibət bildirib:
Muxalifet.az həmin müsahibəni təqdim edirik:
– Rahim bəy, bu gün avtomobilinizin güllə-boran edildiyinin görüntüləri yayıldı. Bu görüntüləri mətbuata kim ötürüb?
– Bu video mənim və həyat yoldaşımın güllələndiyi hadisənin videosu deyil, başqa bir görüntünü bizimki kimi təqdim edirlər. Çünki mənim avtomobilimin markası “Jaquar”dır, bu videoda isə atəş açılan maşın “Mercedes”dir. Yəni tamam başqa videodur.
– Ümumiyyətlə, hadisə barədə nə deyə bilərsiniz?
– Mən heç bir “qanuni oğru”nu söyməmişəm, təhqir etməmişəm. Mənim səsimi montaj edərək belə videolar yayıblar, yəni mənim heç bir günahım, heç kimlə də problemim yoxdur.
– Səhhətiniz necədir?
– Bədənimdə 4 güllə yarası var, canımla əlləşirəm. Bununla yanaşı, həyat yoldaşımın meyitini Azərbaycana yola salmağa çalışıram. Bir tərəfdən də belə xəbərlər, videolar.
– Bundan sonra hansi addımları atmağı düşünürsünüz?
– Azərbaycan mətbuatında barəmdə yazan saytları məhkəməyə verəcəyəm, hazırda vəkilim dəlilləri toplayır, əlində kifayət qədər materiallar var. Özü də Avropa Məhkəməsinə müraciət edəcəyəm.
Mənim barəmdə bəziləri qərəzli mövqelər sərgiləyirlər. Belə görünür ki, böyük bir müsahibə verməli olacağam. Yazmasınlar mənim barəmdə, acıma hörmət eləsinlər.
– Başqa demək istədiyiniz nə isə varmı?
– Hələlik bu qədər kifayətdir. Barəmdə yazılanları silsinlər yetər.
Qeyd edək ki, bu ilin mart ayının 30-da Fransanın Tuluza şəhərində yaşayan kriminal avtoritet Rahim Namazov (ləqəbi “Şəkinski”) və həyat yoldaşının olduğu avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub. Rahim Namazovun ümumilikdə, maşına 7 dəfə atəş açılıb. Aldığı güllə yaralarından həyat yoldaşı dünyasını dəyişib.