Mənim onlara terrorçu dediyimi eşitmisiniz? - Ərdoğan

Baxış sayı:
5401

Mənim Xalqların Demokratik Partiyasına (HDP) səs verən vətəndaşlara terrorçu dediyimi eşitmisiniz? Mən HDP-ni idarə edənlərə terrorçu deyirəm.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hakkaridə vətəndaşlar qarşısında çıxış edərkən bildirib.
"8 Mart Qadınlar Günü dedilər, Taksimə yürüş etdilər. Dərdləri seçki öncəsi ölkəni qarışdırmaqdır. Azan səsini fitə basmaqla yatıran, ədəbsiz plakatlar daşıyan o dəstənin arxasında kim var? - HDP", - Ərdoğan söyləyib.