“Mənim heç yaraşıqlı sevgilim olmayıb” - Pərvin Abıyeva - MƏŞHURLARLA SORĞU - VİDEO

Baxış sayı:
13986

ARB TV-nin “Show news” verilişi, yerli məşhurlar arasında daha bir maraqlı sorğu keçirib.
"Ölkə.Az" xəbər verir ki, yerli şou-biznesin məşhurlarına “Qarşı cinsdə sizi ən çox nə cəlb edir?” sualını ünvanlayıb. Cavablar isə bir-birindən maraqlı olub:
Rahidə Baxışova – Müğənni: “İnsan danışmadan onun gözlərindən hər şeyi oxuya bilərəm. Görünüşü çox önəmlidir, çünki mən gözəllik sevənəm. Əsas da xarakter, kişilik dayanır”.
Dilarə Kazımova – Müğənni : “Mütləq kimya olmalıdır. Onu hiss etməlisən. Bir də görürsən ki, sənin tərzində bir adam deyil, amma xoşuna gəlir, yəni məni çəkir”.
Lətifə Soyöz –Müğənni: “Bir kişidə ürəyinin açıq olması diqqətimi çəkər. İnsan var ki, o çox imkanlıdır, yəni geyimi, üst-başı markadır. Amma verən əli yoxdur. İnsan da var ki, imkanı ortadır və yaxud biraz aşağıdır, amma o qədər böyük ürəyi var ki... Bu mənim üçün çox önəmlidir, çünki mən özüm eləyəm”.
Pərvin Abıyeva – Aktrisa: “Mənim üçün baxış, göz çox önəmlidir. Gözün forması yox, ordakı işıq, baxış...  Yəni ki, boş, mənasız baxışlı insanları ciddi qəbul edə bilmirəm. Mənim həyatı boyu yaraşıqlı sevgilim olmayıb. Xarizması olsun bəs edir”.
Cavan Zeynallı – Xalq artisti: “Mən yaşlı adamam. O vaxtlar qadınlara baxırdım, indi baxmıram. Qadın əsas odur ki, gözəl və mədəniyyətli olsun, mənim belə xoşuma gəlir”.
Nazim Pişyari – Müğənni: “Hər-hansı xanımla söhbət edəndə onun dırnaqlarına baxıram. Dırnaq mənim üçün çox önəmlidir. Hamısı qadının ki, dırnaqları səliqəsizdir, deməli, o insan həyatda da səliqəsizdir”.
Vasif Məhərrəmli – Əməkdar artist: “Əsas simadan gözəl olsun. Mən surətpərəstəm”. 
Kənan Mahmudov – Aktor, rejissor: “Xanım sakit, astadan, az danışsan olmalıdır”.
DJ Roşka – DJ: “Əsas intellektual səviyyəsi olsun. Zahiri görünüşdən isə, saçları, əlləri gözəl olsun. Mən onunla söhbət edəndə sıxılmayım”.