“Məni sərhəddə alqışla qarşılayacaqlar…” – Saakaşvilidən gürcü iqtidarına ismarıc

Gürcüstanın eks-prezidenti, Odessa vilayətnin qubernatoru Mixail Saakaşvili bir daha bəyan edib ki, vətəninə qayıdacaq.
Saakaşvili onu sərhəddə yerli sakinlərin alqışla qarşılayacaqlarına əmin olduğunu da vurğulayıb.
“Mən, mütləq qayıdacağam və yeni hökumətin komlektləşməsinə fəal qoşulacağam. Məni həbs etməyi vəd edənlər, sərhəddə məni alqışla qarşılayacaqlar…
Əziz Gürcüstan vətəndaşarı, bizim görüşməyimizə bir neçə gün qalır, cəmisi bir neçə gündən sonra Gürcüstanın yeni gələcəyi başlayacaq”, –  deyə, o, bildirib.
Xatırladaq ki, bundan əvvəl Gürcüstanın daxili işlər naziri Qeorqi Mqebrişvili bəyan edib ki, əgər Saakaşvili bu ölkəyə dönərsə, saxlanılacaq.
Onunla yanaşı, Gürcüstanın indikii hakimiyyətini "pərdə arxası"ndan yönəldən milyarder Bidzina İvanaşvili də Saakaşvilini hədləyib. Deyib ki, Saakaşvili ölkəyə dönərsə, onu həbs edib, həbsxanada komfort kameraya yerləşdirəcəkllər.