"Məni bu günə saxta KİV-lər qoydu"- TRAMP

"Mənim reytinqimin aşağı olmasının əsas səbəbkarı amerikalılara yalan informasiyalar verən saxta KİV-lərdir".
Muxalifet.az bildirir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.
“ABC və “Vaşinqton Post”un (hansı ki, seçkidə dəhşətli dərəcədə yanıldılar – D.T.) sorğuları da deyir ki, mənə səs verənlərin demək olar ki, hamısı mənlə bağlı fikirlərini dəyişməyiblər. 53% məni güclü lider sayır”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə keçirilən sorğuya əsasən amerikalıların yalnız 40%-i Trampa güvənir. Bu, seçkidən sonra Trampın ən aşağı reytinqidir.