Məni aradan götürmək üçün... - Madurodan ŞOK İDDİA

Baxış sayı:
3885

Venesuela prezidenti Nikolas Maduro son bir il ərzində ona edilən bir neçə sui-qəsdin qarşısını alındığını açıqlayıb.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, sui-qəsd cəhdləri ABŞ-ın təsdiqindən sonra Kolumbiya tərəfindən təşkil edilib.

“Çox təəssüf ki, onlar prezidenti aradan götürmək üçün kriminal metodları yoxlayırlar”, - Maduro “Rossiya 1” telekanalının efirində deyib.

Maduro vurğulayıb ki, Venesuela sülh şəraitində yaşamaq istəyir.

“Amma strateqlər, ekstremistlər və Vaşinqtondakı “şahinlər” çoxdan Venesuelaya qarşı hərbi münaqişə üçün müharibə meydanı kimi Kolumbiyanı seçiblər. Biz buna imkan verməyəcəyik”, - prezident qeyd edib.

O əlavə edib ki, Kolumbiyada yeddi Amerika hərbi bazası yerləşdirilib və onlar bütün Latın Amerikası, xüsusi halda Venesuelanın təhlükəsizliyini hədələyir.