Mnatsakanyan Məmmədyarovla görüşünün anonsunu verdi - “YAXIN GÜNLƏRDƏ...”

Baxış sayı:
21850

Yaxın vaxtlarda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçiriləcək.

“Report” xəbər verir ki, bunu Ermənistanın XİN başçısı Zohrab Mnatsakanyan sentyabrın 6-da Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

“Görüş planlaşdırılır. O, yaxın günlərə nəzərdə tutulub. Ancaq görüşün tarixinin eyni vaxtda açıqlanması ilə bağlı razılaşma var. Mən də XİN başçıları və ATƏT-in Minsk qrupu həmsədrlərinin razılaşmasını pozmaq istəmirəm”, - o vurğulayıb.