Mnatsakanyan : "Həmsədrlərlə razılaşdıq ki, yaxın vaxtlarda görüşüb, prosesi bərpa edək"

Baxış sayı:
10681

“Ermənistan XİN ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə daxil olmağı gözləyir”.
 
“News.am” saytının verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan parlamentdə çıxışı zamanı deyib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişib-dəyişmədiyi ilə bağlı sualı cavablandıran yeni nazir bildirib ki, onlar üçün danışıqlar prosesinin dinamikasını saxlamaq çox vacibdir: “Çünki sülh yolu ilə nizamlanmanı danışıqlar yolu ilə və ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirmək barədə tapşırığın əsasında bu dayanır. Biz razılaşdıq ki, yaxın vaxtlarda görüşüb, bütün bu prosesi bərpa etmək imkanımız olacaq”. Mnatsakanyan həmsədrlərlə telefon danışığı apardığını söyləyib.(apa)