​“Mənə təsir edən odur ki, beş xainlə eyni şirkətdə işlədim…” – MÜBARİZ MƏNSİMOV

Baxış sayı:
586

"Məni dəstəkləyən əziz qardaşlarım, mənə edilən haqsızlıq qarşısında susmamanızı, müdafiə etməyinizi xahiş edirəm. Bu çətin prosesdə məni tək qoymayan şirkət rəhbərlərimə, işçilərimə və vəkillərimə təşəkkürümü bildirirəm”.
Bu sözləri “Palmali Holding”in rəhbəri, həbsdə olan iş adamı Mübariz Mənsimov sosial şəbəkədə qeyd edib.
O, ədavətdə olduğu keçmiş işçilərinin yalançı şahidliyinə görə aylardır həbsdə olduğunu vurğulayıb:
“Artıq 103 gündən çoxdur ki, həbsdəyəm. Mənə qarşı böyük ədalətsizlik var. Mənə təsir edən odur ki, beş il ədavət apardığım keçmiş işçilərimin yalançı şahidliyi ilə içəridə saxlanılıram. Sizdən soruşmaq istəyirəm, böhtan ilə bir insanı zindana atmaq asandır? Elə bir formada təşkil olunmuşdur ki, mənim ədavətdə olduğum 5  yalançı şahidlərin sözləri ilə aylardır ictimaiyyəti çaşdırır və hələ də buna davam edirlər. Mən Türkiyə Cümhuriyyətinə və onun partiyasına xəyanət etməmişəm. Şübhəsiz ki, vətənimə də xəyanət etməyə cəhd etməmişəm. Bu vəziyyət məni çox narahat edir. Mənə təsir edənlərdən biri də odur ki, beş xainlə eyni şirkətdə işlədim, eyni çörəyi bölüşdük, onlar heçmi vicdanlarını mühakimə etmirlər, heçmi içlərində Allah qorxusu yoxdur!? Sentyabrdakı işimə baxan vicdanlı, qərəzsiz bir Türk məhkəmə heyətinə inamım sonsuzdur... və bilirəm ki, günahsızlığım sübut olunacaq”.
Mübariz Mənsimov eyni zamanda vəziyyəti barədə hər iki prezidentə məktub yazdığını, lakin heç bir cavab ala bilmədiyini qeyd edib./ Yeniavaz.com