"Mən Rusiyanı cəzalandırmanın tərəfdarıyam" - MAKKEYN

Rusiya ABŞ-dakı prezident seçkisinə müdaxilə etməyə cəhd edib.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ mətbuatına müsahibəsinə amerikalı senator Con Makkeyn söyləyib.
“Rusların seçkimizə müdaxiləsi alınmadı. Onlar hələ də bu müdaxiləyə cəhd etməklə bağlı heç bir cəza almayıblar”, – deyə o bildirib.
Makkeyn Rusiyanın təkcə ABŞ-dakı seçkiyə müdaxilə ilə kifayətlənmədiyini söyləyib:
“Onlar Fransadakı seçkiyə müdaxilə etmək istədilər. Kreml həmçinin Monteneqrodakı hökuməti də devirməyə çalışdı. Mən cəzalandırılmanın tərəfdarıyam. Hələlik biz heç bir cəza verməmişik. Onlar hesab ödəməlidirlər, əks təqdirdə bu fəaliyyətləri davam edəcək. 70 ildir Yerdə yeni dünya nizami mövcuddur. İndi o, təkcə Avropada yox, bütün dünyada ciddi sınaqlara məruz qalır”.