"Mənə qarşı gülməli ittiham hazırlanır" - SAAKAŞVİLİ

Gürcüstan və Ukrayna hökumətlərinin razılaşmasına əsasən mənə qarşı dövlət çevrilişinə təşəbbüs maddəsi ilə cinayət işi hazırlanır.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb. Onun sözlərinə görə, tərəflər cinayət işi haqqında ilk açıqlamanı sentyabrın 10-da verməyə hazırlaşırlar.
Saakaşvili ona qarşı irəli sürüləcək maddənin çox gülməli olduğunu bildirib.