​“Mən Qarabağ xalqının müstəqillik və azadlıq istəyini dəstəkləyirəm” – SURİYA DİNİ LİDERİNDƏN SƏRSƏM AÇIQLAMA

Baxış sayı:
20719

Suriyanın tanınmış dini liderlərindən olan Şeyx Əhməd Bədr ad-Din Hassun Suriya və dünyanın digər bölgələrindəki münaqişələrlə bağlı Rusiya mətbuatına verdiyi müsahibədə Dağlıq Qarabağ haqqında danışıb.
Muxalifet.az xəbər verir ki, dini lider regionda uzun müddətdir mövcud olan münaqişəli ərazilərin artıq həll edilməli olduğunu deyib və onlardan biri kimi Qarabağı misal göstərib.
Suriya dini lideri “mən burada nəyin mübahisəli olduğunu anlamıram. Mən şəxsən Qarabağı və bu xalqın müstəqillik və azadlıq üçün istəklərini dəstəkləyirəm. Və vurğulamaq istərdim ki, Qarabağ münaqişəsinin səbəbi dini deyil. Bunun səbəbi xalqın iradəsidir və bunu gözardı etmək olmaz”, - deyə vurğulayıb.
Suriyadakı dini lideri Dağlıq Qarabağ münaqişəsinə dair fikirlərini 2011-ci ildə Suriyadakı dini azlıqlarla bağlı yığıncaqda da ilk dəfə olaraq dilə gətirmişdi.

Muxalifet.az