​“Mən olsam, böyük Rusiyanı təhdid eləməzdən əvvək bir daha düşünərdim” - KADIROV

Baxış sayı:
4480

Rusiyanı müdafiə edən Çeçenistan prezidenti Ramazan Kadırov ABŞ-a etirazını bildirib. Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, o, deyib: “Mən olsaydım, Rusiyanı təhdid eləməzdən əvvəl bir daha düşünərdim”.
ABŞ-ın xarici işlər naziri Rayan Zinke Rusiyanın enerji mənbələrini Yaxın Şərqə çatdılmasına əngəl olmaq üçün dəniz mühasirəsini təşkil edə biləcəklərini söylədikdən sonra qızğın müzakirələr davam eləməkdədir. Zinke ABŞ donanmasının Rusiyanın dəniz yollarını kəsə biləcəyini bildirmişdi.

“Müstəmləkəçilərin nəslindəndirlər”

Amerikalıları müstəmləkəçi ölkə olmaqda ittiham edən Kadırov deyib: “Şimali Amerikada yandırılmış, vurulmuş, yıxılmış xalqların torpaqlarında dövlət quranları bunların şahidi olan digər ölkələr qəbul edə bilməzlər. ABŞ dünyanın müxtəlif yerlərində qan axımağa davam edir. Məqədləri ölkələri yox eləmək, mənbələri ələ keçirmək, ələ keçirdikləri ölkələri kukla rejimlərin idarəsinə verməkdir. Onlar bir çox insanın ölümünə, qadınların, yaşlıların, uşaqların qaçqın düşməyə məcbur olmasına səbəb olmaqdan çəkinmirlər. Amerika dəniz boğazlarını, beynəlxalq dəniz nəqliyyatı yollarını, bəzi ölkələrin ticarətini əngəlləmək haqqına sahib olduğunu düşünür. Lakin belə vəziyyətlə yalnız kiçik ölkələr razılaşar. Belə görünür ki, cənab Zinke Rusiyanı, Rusiyanın tarixinə, gücünə və bacarığına yaxşı bələd deyil. Boş danışıqlarla vaxt itirməmək üçün, mən olsam, böyük Rusiyanı təhdid eləməzdən əvvək bir daha düşünərdim”.