“Mən Meksikanın prezidenti deyiləm, sahibiyəm” demişdi - indi ABŞ-da qolu qandallı dustaqdır

Baxış sayı:
429

Narkoticarətdə dünya liderliyinə yüksələn Meksikada ən mənfur yer boş qalmayacaq – “El Çapo”nun yerini birisi tutacaq...

Yoxsulluq, tekila, qüdrətli narkokartellər, korrupsiya, küçə banditləri, quldurların savaşı – Meksika deyəndə başqa ölkələrin vətəndaşlarının ağlına birinci bunlar gəlir.

Meksikanın özündə isə dinamik şəkildə inkişaf edən iqtisadiyyatdan, yüksək sənaye potensialından, ölkənin qədim və zəngin tarixindən danışırlar.

Maraqlıdır ki, ikisi də həqiqətdir. Meksikada qanlı savaşlar aparan narkokartellərlə ciddi və qanuni fəaliyyət göstərən şirkətlər iç-içə yaşayır.

Meksika artıq narkotik maddələrin tranziti, satışı, istehlakı sahəsində dünya liderinə çevrilib, Kolumbiyanı kölgədə qoyub.

Narkotik maddə üçün əla bazar – ABŞ

Bu gün dünyanın ən bahalı və ən çox tələb olunan narkotik maddəsi sayılan kokaini əsasən üç ölkədə - Kolumbiyada, Peruda və Boliviyada istehsal edirlər. Bu ölkələrin iqlimi və torpağı koka bitkisinin becərilməsi üçün idealdır. Bu bitkidən kokain almaq isə artıq texniki işdir. Qalır hazır məhsula bazar tapmaq. 50 ştat–dövlətdən ibarət olan ABŞ yaxşı bazar, onun maddi rifahı yüksək olan əhlikef insanları isə əla müştəridir. Çətini hazır narkotik maddələri ABŞ-a keçirməkdir, ondan sonra onu orada böyük partiyalarla qəbul edən, xırda bükümlərlə satan könüllülər çoxdur.

ABŞ-da 22 milyon insan müntəzəm olaraq narkotik maddə qəbul edir. Avropada da arzu edənlər çoxdur, amma ABŞ-la müqayisədə Avropada kokain bahadır. Bu maddə Atlantik okeanından keçirilək gətirilməlidir, ona görə də nəqliyyat xərcləri onu bahalaşdırır.

Полиция Мексики готовится сжечь 2,5 тонны наркотиков

“Sat, pulunu götür”

Son illər Latın Amerikasının özündə də narkotik maddə asılılığına düçar olanlar çoxdur və ildən-ilə artırlar. Öz qitələrinin ucuz məhsulunu həmişə yadlara iylətməli deyillər ki... “Bal tutan barmaq yalayar” məsələsi.. Bunun bir səbəbi də odur ki, narkotik tranziti ilə məşğul olanlara çox vaxt nağd pul yox, natural məhsul verir – özün sat, pulunu götür. Onun da bir hissəsi şəxsi istehlak miqdarına çevrilir.

Eskobarın ölmüş günləri...

1990-cı illərə qədər kokaini Karib hövzəsindən keçirərək ABŞ-a çatdırırmışlar. Karib dənizindəki adalar kokaini gizlətmək, saxlamaq, əlverişli vaxt yetişəndə ünvanına çatdırmaq üçün ideal rol oynayıb. Həmin vaxt kokain industriyasının lideri Kolumbiya olub. Məşhur narkokral Pablo Eskobarın vaxtında Kolumbiya narkomafiyası ABŞ bazarına tam nəzarət edib. 
Ancaq 1990-cı illərin əvvəlində ABŞ narkotik tranzitinin Karibdən keçən kanalına qarşı təsirli tədbirlər görüb. O zamandan etibarən ABŞ-a çatdırılan kokainin 90 faizi Meksikadan keçir. Bəzi məlumatlara görə, Mərkəzi Amerika ölkələrindən Meksikaya ildə 900 ton narkotik maddə gətirilir. Coğrafi faktor (istehsalçılarla istehlakçılar arasında yerləşməsi) bu ölkəni dünyanın kokain paytaxtına çevirib.

Колумбийский фермер опрыскивает пестицидами плантации коки

Panama bataqlığı, sürətli katerlər, konteyner-“torpedolar”

Mərkəzi Amerikaya narkotik maddəni Kolumbiya və Perudan dəniz və hava yoluyla Venesuela və Ekvadordan keçirərək yollayırlar. Kokaini quru yolla daşımaq risklidir – bu zaman “qorxmaz oğlanlar”ın qarşısında Panamanın Daryen əyalətinin keçilməz bataqlıqları durur. Dəniz daşınması sürətli katerlər vasitəsi ilə həyata keçirilir. Bu katerlər Mərkəzi Amerika ölkələrinin köhnə patrul gəmilərinin təqibindən yaxa qurtarmağa bəs edir. Hər katerə 600 kilo narkotik maddə yüklənir. Kiçik balıqçı gəmilərindən də aktiv şəkildə istifadə olunur. Bu halda narkotik maddələri “torpedo”-konteynerlərə doldurur, gəminin yedəyinə alırlar. Təhlükə anında sakitcə yedəyi açıb buraxırlar və patrulların balıqçı gəmisində axtarışı heç bir nəticə vermir.

Daşınmanın köhnə üsullarından vaz keçilmir. Bu okean gəmilərinin iri konteynerlərindən istifadəni nəzərdə tutur. İş bundadır ki, bütün konteynerlər yoxlanılmır, yalnız bir-ikisinə baxılır. Sadəcə, bu zaman gömrükçülərin, sərhədçilərin və patrulların haqqını tam və vaxtında vermək lazımdır.

Bizim “kukuruznik”ə oxşayan avietka

Авиетка

Hava yolyla narkotik maddələrin daşınmasında vaxtilə bizim ölkədə yaxşı tanınan “kukuruznik”ə oxşayan avietkalardan istifadə olunur. Onların tutumu azdır, ancaq region dövlətlərinin texniki təchizatının zəifliyi avietkaların işinə yarayır. Onları havada “tutan”, məcburi eniş etməyə vadar edən yoxdur. Qvatemalada cəmi bir radiolokasiya stansiyası var, o da ölkənib üçdə birini “daraya” bilmir. Avietkaların enib-qalxması üçün uçuş zolağı hazırlamaq asandır. Bundan ötrü sadəcə torpağı hamarlayb bərkitmək kifayətdir. Qvatemalada 800 bu cür pist var. Avietkalar Venesueladan Mərkəzi Amerika ölkələrinə narkotik maddə daşınması üçün ən sərfəli nəqliyyat vasitəsidir.

Narkobaron generallar Maduroya sadiqdir, başqa hökumət hamısını həbs edər

Ona görə də Venesuelada narkobaronların fəaliyyətinin geniş miqyası təsadüfi deyil. Bu ölkədə narkobiznes “Los Soles” kartelinin əlindədir. Kartel isə Venesuela ordusunun zabitlərindən ibarətdir. Bu təşkilata Diosdado Kabelyu başçılıq edir. O, ölkənin hakim rejiminin rəhbərlərindən biridir. Venesuela ordusunun generalitetinin Nikolas Maduroya loyallığı da bu üzdəndir. Onlar anlayırlar ki, hakimiyyət dəyişsə, bu narkobaronların hamısını həbsxanaya salacaqlar.

Meksikalı narkobaronların şəksiz liderliyi

Beləliklə, Meksikanın coğrafi şəraiti onun narkotik maddə sənayesinin və bazarının baş oyunçusuna çevirib. Bu isə kokain krallarının əmələ gəlməsinə səbəb olub. Meksikalılar artıq kolumbiyalı həmkarlarını tam olaraq özlərinə tabe etdiriblər. 
Bu kokain krallarının sərəncamında 30 dəniz limanı, inkişaf etmiş yol-nəqliyyat şəbəkəsi var. Meksika və ABŞ-ın narkotiklərlə mübarisə idarələrinin göstəricilərinə görə, hər il Meksikada on milyardlarla narkodollar “yuyulur”. Cinayət yoluyla qazanılmış pulların leqallaşdırılması əsasən Monterrey və Syudad-Xaures şəhərlərində, eləcə də ABŞ-la sərhəd rayonlarda həyata keçirilir.

“Sinaola” karteli lap əvvəldən narkotik maddələrin qanunsuz dövriyyəsi üzrə birinci olub, indi də bu yeri qətiyyətlə özündə saxlayır. Meksikada onun əasa mərkəzləri Sinaloa, Duranqo, Sonora, Çiuaya şytatırındadır. Bu kartel Latın Amerikasının 12 ölkəsində filiallara, ABŞ-ın İspaniyanın, Almaniyanın, Fransanın, İsveçrənin, hətta Avstraliyanın şəhərlərində çoxsaylı özəklərə malikdir. “Sinaola”nın sabiq lideri, “El Çapo” (“Cırtdan”) ləqəbli Xoakin Qusman əbəs yerə lovğalın deməmişdi: “Mən Meksikanın prezidenti deyiləm, onun sahibiyəm”.

Ələkeçməz “El Çapo”nun tutqusu

Bu günlərdə ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayon məhkəməsi “El Çapo”nu ömürlük həbs cəzasına məhkum edib. Xoakin Qusman 12,6 milyard dollar cərimə də ödəməlidir.

Image result for el çapo

62 yaşlı narkokral iki dəfə həbsxanadan qaçması ilə məşhurdur. Amma güman ki, bu dəfə qaça bilməyəcək, çünki onu daha ciddi şəraitdə saxlayacaqlar və narkotik satışından gələn milyardlar ona kömək etməyəcək.

Bu adam 25 il ərzində ABŞ-a kokain və digər narkotirklər daşıyaraq yüz minlərlə insanı zəhərləyib. Bundan başqa, narkobaron xeyli insanın qətlində, onlara işgəncə verməkdə təqsirkar sayılıb.

Xoakin Qusmanın “Sinaloa” karteli ABŞ-da reallaşdırılan narkotik satışının dörddə birinə nəzarət edib. ABŞ onu uzun illər ərzində axtarıb, amma “El Çapo”ni ələ keçirmək mümkün olmayıb. Nəhayət, o, Meksikada yaxalanaraq ABŞ-a ekstradisiya edilib.

Bundan əvvəl isə narkobaronu ilk dəfə 1993-cü ildə həbs edib, 20 il həbs cəzası kəsibmişlər. Ancaq o, həbsxanada mələfələr, dəyişəklər üçün nəzərdə tutulan səbətdə gizlənərək aradan çıxıb. 2014-cü ilin fevralında “Cırtdan”ı – nəhəng narkobaronu bir daha ələ keçiriblər. Bu dəfə onu xüsusi rejimli “Altiplano” həbsxanasına salıblar. Onun narkokartelinə aid adamlar liderlərini o ağzıbirdən xilas etmək üçün az qala iki metro stansiyasının arasındakı tunel uzunluqda tunel qazıblar. Tunelin çıxacağıyla “El Çapo”nun saxlandığı kameranın arasındakı məsafə 1,5 kilometr olub. Tunel, içində motosikletin hərəkət edə biləcəyi qədər geniş olub. Qusman motosikletin arxasındakı xüsusi vaqonun içində həbsxana ərazisini tərk edib.
Son məhkəmə istintaqında Qusmanın intim sirləri də açılıb. Heç demə, o, azyaşlı qızlara narkotik maddələr verir, onları zorlayırmış. “El Çapo” tərəfindən zorlanan qızlardan birinin cəmi 13 yaşı olub. Bəzi seksual manyaklar kimi, o da düşünürmüş ki, bu sayaq cinsi əlaqə onu cavan saxlayacaq, ömrünü uzadacaq.

Image result for el çapo

“Kral tutuldu, yaşasın kral”

Xoakin Qusman hazırda həbsxanada olsa da, bu, o demək deyil ki, onun karteli tarmar olub və ya zəifləyib. 
Onun “irsi”ni yaşadanlar, “yolunu davam etdirənlər” var. “Sinaola” Kolumbiyada ciddi şəkildə kök atıb. Onun bu ölkədə otelləri, ticarət və əyləncə müəssisəsiləri var. Kartel bu yolla narkotik maddələrin satışından gələn milyardları leqallaşdırır. Mütəxəssislərin fikrincə, “Sinaloa” Meksikadan kənarda 1500-ə qədər şirkət və müəssisəyə nəzarət edir.

“Sinaola” yerli iş adamlarıyla, ictimai-siyasi dairələrlə, eləcə də yerli cinayət qruplaşmalarıyla əlaqələr yaratmaq, onları yavaş-yavaş ələ almaq strategiyası yeridir. Kartel danışıqlar yolunu, pulla ələ almağı üstün tutur, zorakılığa yalnız əlac kəsiləndə əl atır. Bu narkomafiya kölgədə qalmağı, ictimaiyyətin diqqətini cəlb etməməyi sevir.

Kartellərarası müharibələr

Боевики «Лос Сетас» допрашивают члена картеля «Гольфо»

Bununla belə, “Sinaola” öz amansız və qanlı rəqibləri ilə ölüm-dirim savaşına girməkdən çəkinmir. Bu cür savaşlarda indiyədək bütün tərəflərdən 100 mindən artıq kartel döyüşçüsü həlak olub.

Bir ara kartellər arasında gedən qanlı müharibə o qədər şiddətlənib ki, 2006-cı ildə Meksika prezidenti Felipe Kalderon narkotik ticarətçilərinə müharibə elan edib. Bu məqsəd üçün ordu birləşməsi cəlb olunub. Hökumət qüvvələri narkokartellərin üzərinə irimiqyaslı hücumlar təşkil ediblər, amma bu, köklü dəyişikliklərə gətirib çıxarmayıb. Bir cinayətkar qrupun tarmar edilməsi digəri üçün yer açıb və rəqiblər arasında mübarizə daha sərt xarakter alıb. Ölkədə kriminal müharibə başlayıb.

Yağmadı yağış, bitmədi koka – o zaman ən yaxşısı çətənə əkməkdir

Son vaxtlar meksikalı narkokrallar Hondurasda narkotik bitkilərin geniş plantasiyalarını salıblar və kokain istehsalı üçün laboratoriyalar təşkil ediblər. Amma bu, uğur qazanmayıb. Çünki Hondurasın torpağı Kolumbiya və Perunun torpağı qədər məhsuldar və bərəkətli olmayıb.

Опийный мак

“Sinaola” öz iqtisadi siyasətini taraz saxlamaq üçün kokain istehsalıyla yanaşı heroin istehsalına da girişib. Çünki ABŞ-da bu malın da geniş alıcı kütləsi var. Bu biznes həm də ona görə çiçəklənib ki, heroinin istehsalı üçün əsas xammal – çətənə plantasiyaları Meksikanın özündə yaxşı becərilir. Beləcə, yerli narkotik istehsalçılarının xarici xammaldan asılılığı azalır. Bu həm də kənd zəhmətkeşləri üçün ən sərfəli təsərrüfat modelidir. Onlar əmindirlər ki, torpaqda çalışaraq halal çörəklərini qazanırlar. Bu plantasiyalar ümumi torpaqlarda əkilir. Polis becərilən sahəyə gələndə torpaq heç kəsə məxsus olmadığı üçün onu becərənin də kim olduğu bilinmir. Kəndlilər tiryək istehsal edir, onu emalçılara satırlar. Onlar isə bu xammaldan təmiz narkotik maddə emal edirlər.

Мексиканский солдат на фоне бочек с 15 тоннами изъятого метамфетамина

2017-ci ildə Meksikada 28 min hektar çətənə plantasiyası olub. Mütəxəssislər bildiirlər ki, Meksika heroini yüksək keyfiyyətə malikdir, istehsalçının istehlakçıya yaxınlığı isə qiymətin ucuzluğunu şərtləndirir. Bir hektar çətənə tarlasından 8 kilo tiryək alınır, ondan isə bir kilo heroin çıxır.

Tramp Meksika ilə sərhəddə divar çəksə, dibi deşik-deşik olacaq

Bir sözlə, Xoakin Qusman həbsxanada olsa da, nə onun karteli zəifləyib, nə gəliri azalıb. “Cırtdan”ın yerini isə, güman ki, artıq daha cantaraq bir narkokral tutub.

Image result for Meksika-ABŞ divarı

Narkotik maddələr və cinayətlər yuvası olan Meksikada krimonogen durum isə gündən-günə ağırlaşır. Artıq bu ölkənin adı narkomafiyalar ölkəsi kimi assossiasiya olunur.

Əslində ABŞ prezidenti Donald Trampın 3 ildən bəri Meksika ilə öz ölkəsi arasına keçilməz divar hördürmək istəməsinin bir səbəbi qanunsuz miqrantların qarşısını almaqdırsa, biri də narkotranzitin qarşısını kəsməkdir.

Hərçənd hündür divarların da xeyri olmayacaq. Meksikalılar öz “zəhər”lərini ABŞ tərəfinə qədim orduların öz düşmənlərinə iri daşlar atdığı mancanaqlardan istifadə edərək atırlar, o biri tərəfdə isə o maddələri cinayət ortaqları götürür. Bir də sərhəd xətti boyunca uzun tunellər qazır, ABŞ tərəfinə o tunellərlə keçirlər. Bu gedişlə Trampın çəkəcəyi divarların dibi siçovul yuvaları kimi tunellərlə dəlmə-deşik olacaq./musavat.com