​“Mənə inanan insanların etimadını doğrultmağı bacaracam” – BİRİNCİ VİTSE-PREZİDENT

"Hörmətli cənab Prezident, mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm. İnanıram ki, Sizin cənab Prezident, bütün mənə inanan insanların etimadını doğrultmağı bacaracam".
Hurriyyet.org bildirir ki, bunu fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.
"Mənim fəaliyyətim haqqında dediyiniz sözlər, verdiyiniz qiymətələrə görə Sizə dərin təşəkkürümü bildirirəm. Mənim üçün belə bir qiymətə layiq olmaq böyük şərəfdir", – deyə Azərbaycanın birinci vitse-prezidenti bildirib.