​MN-dən Ermənistana SƏRT CAVAB: “Ermənistanı xəritədən silə bilərik...”

Baxış sayı:
5824

Azərbaycan Müdafiə Nazirliyi qondarma “dqr müdafiə naziri” Levon Mnatsakanyanın Mingəçevir SES-in vurulacaq hədəflər sırasına daxil edildiyi barədə bu günkü bəyanatlarına cavab verib.

Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a daxil olan bəyanatda deyilir ki, son günlər Ermənistan mətbuatının təhlilinə əsasən bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur.

Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır. Sitat: “Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir. Levon Mnatsakanyanın budəfəki absurd bəyanatına gəlincə, Azərbaycan hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin təhlükəsizliyini tam təmin edir. Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var ki, onlara zərbə endirsək həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq”.