“Mən deyəndə ki, mavisiniz..." – Paşinyan TƏHQİR ETDİ

Baxış sayı:
9778

Ermənistanın Baş naziri Nikol Paşinyan transseksual Lilit Martirosyanın parlament iclasındakı çıxışından danışıb.
O, buna görə keçmiş hakim partiya Respublikaçı və Çiçəklənən Ermənistan Partiyasını ittiham edib.
Paşinyan bunu iki partiyanın hakimiyyətə qarşı yönəlmiş siyasi təxribatı adlandırıb:
“2015-ci ildə “mühafizəkar” Respublikaçı Partiyası Vaqarşak adında bu kişiyə Lilit Martirosyan adında pasport verib. Respublikaçıları homoseksual adlandıranda haqlı idim”.
Qeyd edək ki, aprelin 7-də parlamentin axşam sessiyasında bir “qadın” kürsüyə yaxınlaşaraq eynicinslilər barədə çıxış etməyə başlayıb. Lilit Martirosyan ölkədə transgenderlər və transseksualların durumunun acınacaqlı olduğunu vurğulayıb.
İclasın aparıcısı deputat Naira Zöhrabyan onun sözünü yarımçıq kəsərək “Gündəlikdə belə məsələ yoxdur” deyə onu kürsüdən uzaqlaşdırıb.(teleqraf.com)