“Mənə dedi ki, gəlmirsən, gəlmə”– Aynur Dadaşova Niyamla davasından DANIŞDI – VİDEO

Baxış sayı:
11743

ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı müğənni Aynur Dadaşova olub.

İfaçı, həmkarı Niyam Salami ilə davasından danışıb:

“Tanıyanlar bilir. Mən heç kimin qəlbinə dəymirəm, artıq söz demirəm. Kimdənsə kobudluq görəndə məni ağlamaq tutur. Niyam yaxşı dostdur, amma bir az əsəbidir. Onu da başa düşürəm bütün günü çalışır. Hamı ilə əsəbi danışsan ətrafında adam qalmaz axı. Məni konsertə dəvət etdi, tarixi əvvəlcədən bilmirdim. Ayın 8-i imiş, mən də ayın 8-i bir tədbirə dəvətli idim, beh almışdım. Dedim ki, Niyam, ya 7-si edək, ya 9-u. Hirsli idi. Dedi ki, yox bu konsert olmalıdır. Gəlmirsən, gəlmə”.