"MƏN DƏ, XANIMIM DA FƏHLƏ AİLƏSİNDƏNİK..." - Mübariz Mənsimov: "Biz fırtınalara sinə gərərək uğurlar əldə etmişik”

Baxış sayı:
2305

“Mənim gəmilərdə aşpaz işləməyimi qabardırlar, yazırlar ki, guya indiki səviyyəyə həyat yoldaşımın sayəsində gəlib çatmışam”.
 
Muxalifet.az xəbər verir ki, bunu “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov feysbuk hesabında yazıb. O bildirib ki, heç vaxt aşpaz işləməyindən utanmayıb və bunu həmişə hər yerdə açıq deyib: “Əsas odur ki, halallıqla qazanıb, haram yeməmişəm. “Palmali” kimi böyük şirkətin sahibi olmağıma isə, nə həyat yoldaşım, nə də qayınatam səbəb olub. Bilin ki, mənim də, xanımımın da ailəsi sadə fəhlə ailəsidir. Nə qazandımsa, “Palmali” ailəsi və dostlarımla birlikdə qazandım. Dənizlərdə min əziyyətə qatlaşıb, fırtınalara sinə gərərək uğurlar əldə etmişik”.