“Mən çiynimi yükün altına qoymağa hazıram...” - Kliçkodan Saakaşviliyə ŞOK TƏKLİF

Baxış sayı:
4555

UDAR partiyasının lideri, Kiyev meri Vitali Kliçko Odessanın keçmiş qubernatoru Mixail Saakaşviliyə partiyasının rəhbəri olaraq Ali Radaya keçirilən növbədənkənar seçkilərdə iştirak etməyi təklif edib.
 
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Kliçko bu təklifi özünün video-müraciətində səsləndirib.
 
“Seçkilərdə siyasi qüvvələrin manesi ilə bağlı Mixail Saakaşvilinin müraciətini dinlədim. Bu səbəbdən mən çiynimi yükün altına qoymağa hazıram”, - Kliçko bildirib.
 
Mer əlavə edib ki, belə ittifaq ölkədəki inkişaf səylərini iki qatına çıxara bilər:
 
“UDAR növbədənkənar parlament seçkilərinə gedir. Partnyorlara seçkilərə birgə getməyi təklif edirəm. Mən UDAR-ın lideri olaraq qalacağam. Saakaşviliyə də partiyanın sədri olmağı təklif edirəm”.