“Mən bəzən ərimlə razılaşmıram” - MALENYA TRAMP

Baxış sayı:
1892

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melanya Afrika səfəri zamanı etiraf edib ki, həyat yoldaşının “Twitter” hesabındakı qeydlərini heç də həmişə bəyənmir.

“Associated Press” xəbər verir ki, o bəzən Donalddan telefonu kənara qoymasını xahiş etmək məcburiyyətində də qaldığını açıqlayıb.

“Onun “Twitter”də yazdıqları ilə həmişə razı deyiləm, bu barədə ona da deyirəm. Mən səmimi fikirlərimi bildirirəm və ona məsləhətlər verirəm”, - Melanya Tramp deyib.

O əlavə edib ki, həyat yoldaşı heç də həmişə onun məsləhətlərinə qulaq asmır.

“Lakin mən səsə və müstəqil fikrə malikəm. Mənim üçün düşüncələrimi aşkar ifadə etmək olduqca vacibdir”, - Melanya Tramp söyləyib.