​“Mən Azərbaycan almaları ilə məşğul olmalı deyiləm” – ERMƏNİSTANIN BAŞ NAZİRİ

Ermənistanın baş naziri Karen Karapetyan Azərbaycan almaları ilə məşğul olmaq niyyətində deyil.
Bu məlumatı “Ermənistan xəbərləri” portalı yayıb.
9 May qələbəsi parkında jurnalistlərlə söhbət edən baş nazir bu problemlə bağlı sualı belə cavablandırıb: “Məsələdən xəbərim var, cinayət işi açılılb”. Məsələnin onun diqqət mərkəzində olub-olmamasını dəqiqləşdirmək istəyən jurnalistlərə o deyib: “Cinayət işi hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Təsəvvür edirsiniz ki, mən 300 kq alma ilə məşğul olacağam?”
Xatırladaq ki, Ermənistanda qeyri-qanuni olaraq Azərbaycan almalarının idxalı və satışı müəyyən edilib. Hüquq-mühafizə orqanları malın gətirilməsi yollarını araşdırırlar.